"Bu ilin birinci yarısında Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsi 14 faiz artaraq 13,8 milyard dollar təşkil edib".
“Report” “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
“ABŞ hökumətinin sərt siyasətinə baxmayaraq, bu ölkənin özəl sektoru Rusiya bazarında iş görməyə üstünlük verir”, – rusiyalı diplomat vurğulayıb.