Səfər Mehdiyev: "Gömrük orqanları qarşısında qoyulan bütün tapşırıqları uğurla icra edir"

Səfər Mehdiyev: "Gömrük orqanları qarşısında qoyulan bütün tapşırıqları uğurla icra edir" Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gömrük orqanları qarşısında qoyduğu bütün tapşırıqlar uğurla icra olunur.
Maliyyə
30 Yanvar , 2022 09:46
Səfər Mehdiyev: Gömrük orqanları qarşısında qoyulan bütün tapşırıqları uğurla icra edir
Səfər Mehdiyev

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gömrük orqanları qarşısında qoyduğu bütün tapşırıqlar uğurla icra olunur.

“Report”un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev dövlət gömrük xidmətinin yaranmasının 30 illiyi və gömrük əməkdaşlarının peçə bayramı münasibəti ilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə “Yaşıl dəhliz” vasitəsilə sahibkarlar 10 milyard ABŞ dollarından artıq vəsait həcmində gömrük əməkdaşları ilə təmas olmadan idxal-ixrac əməliyyatları həyata keçiriblər. Keçən il gömrük əməkdaları büdcə proqnozlarını 111 % yerinə yetiriblər. 2021-ci il ərzində büdcə tapşırığı 443 milyon manatdan artıq vəsait toplamaqla icra edilib. Beləliklə, ötən il Dövlət Gömrük Komitəsi dövlət büdcəsin 4 milyard 443 milyon manat vəsait köçürülməsini təmin edib”.

S.Mehdiyev bildirib ki, 2021-ci ildə gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 2 tondan artıq narkotik vasitələri aşkar edilib.

Tədbirdə qonaq qismində Ümümdünya Gömrük Təkilatının (ÜGT) baş katibi Kunio Mikuriya da iştirak edir. S.Mehdiyev bildirib ki, bu tədbirdə onun iştirak etməsi Azərbaycan gömrük xidmətinə verilən yüksək qiymətdir və Azərbaycan gömrük xidmətinin dünya gömrük ailəsində tutduğu yerin göstəricisidir.

Son xəbərlər

Orphus sistemi