Səfər Mehdiyev: “Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 111% əməl edib”

Səfər Mehdiyev: “Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 111% əməl edib” Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsi dövlət büdcəsi qarşısında öhdəliyinə 111,2% əməl edib.
Maliyyə
158
2 Dekabr , 2021 12:15
Səfər Mehdiyev: “Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 111% əməl edib”
Səfər Mehdiyev
0 : 00
0 : 00

İlk xəbər dekabrın 1-də, saat 17:57-də verilib

Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsi dövlət büdcəsi qarşısında öhdəliyinə 111,2% əməl edib.

“Report” xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, büdcəyə proqnozdan əlavə 396,3 milyon manat vəsait köçürülüb.

"Bununla da, Komitə 2021-ci il üçün nəzərdə tutulan büdcə öhdəliyini artıq 11 ay ərzində yerinə yetirib. 3 milyard 900 milyon manat proqnoza qarşı 3 milyard 936,3 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub", - deyə o, əlavə edib. 

Son xəbərlər

Orphus sistemi