"Şəbəkə Sığorta Brokeri"nin mənfəəti azalıb

"Şəbəkə Sığorta Brokeri"nin mənfəəti azalıb Şəbəkə Sığorta Brokeri MMC 2019-cu ili 12 min manat mənfəətlə başa vurub. Halbuki şirkət 2018-ci ildən 14 min manat xalis mənfəətlə çıxmışdı.
Maliyyə
11 Aprel , 2020 16:00
Şəbəkə Sığorta Brokerinin mənfəəti azalıb

"Şəbəkə Sığorta Brokeri" MMC 2019-cu ili 12 min manat mənfəətlə başa vurub. Halbuki şirkət 2018-ci ildən 14 min manat xalis mənfəətlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il "Şəbəkə Sığorta Brokeri"nin gəlirləri 198 min manat, xərcləri isə 186 min manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə "Şəbəkə Sığorta Brokeri"nin aktivləri 127 min manat təşkil edib ki, bu da illik müqayisədə təxminən 15% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri təxminən 9% azalaraq 123 min manata, balans kapitalı isə təxminən 75% azalaraq 4 min manata düşüb.

Xatırladaq ki, "Şəbəkə Sığorta Brokeri" 2013-cü ildə 20 min manat nizamnamə kapitalı ilə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi