“Sberbank” rublun məzənnəsi ilə bağlı proqnozunu pisləşdirib

“Sberbank” rublun məzənnəsi ilə bağlı proqnozunu pisləşdirib Bakı. 12 dekabr. REPORT.AZ/ Rusiyanın “Sberbank”ı 2019-2020-ci illərdə ölkədə inflyasiyanın səviyyəsi və rublun məzənnəsi üzrə proqnozunu pisləşdirib.
Maliyyə
12 Dekabr , 2018 14:00
“Sberbank” rublun məzənnəsi ilə bağlı proqnozunu pisləşdirib

Bakı. 12 dekabr. REPORT.AZ/ Rusiyanın “Sberbank”ı 2019-2020-ci illərdə ölkədə inflyasiyanın səviyyəsi və rublun məzənnəsi üzrə proqnozunu pisləşdirib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Bankın vitse-prezidenti, eləcə də İnkişaf və strategiya Departamentinin direktoru Yekaterina Latıpova məlumat verib.

Onun sözlərinə görə, hazırda “Sberbank” 2019-2020-ci illərdə RUB/USD nisbətinin 65-70 arasında dəyişəcəyini proqnozlaşdırır. Bundan əvvəlki proqnozda isə sözügedən nisbət 2019-cu il üçün 66,5, 2020-ci il üçün isə 67 olub. 

Bundan başqa, "Sberbank" yaxın 2 il ərzində Rusiyada qiymətlərin orta hesabla 4-5% artacağını proqnozlaşdırır. Bundan əvvəlki proqnozda isə inflyasiya göstəricisi 2019-cu ilin sonuna 4,4%, 2020-ci ilin sonuna isə 4% olub. 

Son xəbərlər

Orphus sistemi