"Saxo Bank" rublun ucuzlaşacağını proqnozlaşdırır

"Saxo Bank" rublun ucuzlaşacağını proqnozlaşdırır Dolların məzənnəsi ilin sonuna qədər 62 rubla yüksələ bilər
Maliyyə
3 Oktyabr , 2017 12:33
Saxo Bank rublun ucuzlaşacağını proqnozlaşdırır

Bakı. 3 oktyabr. REPORT.AZ/ Rusiya rublunda aparılan "carry trade" əməliyyatları artıq bitmək ərəfəsindədir.

"Report" xəbər verir ki, bunu Danimarkanın "Saxo Bank" onlayn investisiya bankı bildirib. 

Bankın baş iqtisadçısı Stin Yakobsen bildirib ki, xarici investorların Rusiyanın dövlət istiqrazları bazarında payı çox yüksəkdir: "Onlar Rusiya aktivlərindən çıxmağa başlasalar, rubl üçün kəskin ucuzlaşma riski yaranacaq". Yakobsen ilin sonuna qədər dolların məzənnəsinin 62 rubla qədər yüksələcəyini proqnozlaşdırır.

Qeyd edək ki, son 12 ay ərzində dollar sataraq Rusiya istiqrazlarını alan investorlar 18%-ə yaxın xalis gəlir əldə ediblər. Onlar mənfəəti dolların Rusiyada ucuzlaşması və istiqraz faizindən əldə ediblər. Amma, son bir ayda "carry trade" adlandırılan bu əməliyyatlara maraq azalmağa başlayıb. "Bloomberg" agentliyi tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, rublun yaxın 1 il ərzində cazibəliyini itirəcəyi bildirilir.

"Report"un analitik qrupu qeyd edir ki, hazırda Rusiyada dolların məzənnəsinin sabitləşməsi və uçot dərəcəsinin aşağı düşməsi səbəbindən xarici investorların mənfəəti xeyli azalıb: "Bu səbəbdən onların investisiyalarını digər ölkələrə yönəldəcəyi ehtimal edilir".

Son xəbərlər

Orphus sistemi