"Saudi Aramco"nun 5%-dən çox hissəsi satıla bilər

"Saudi Aramco"nun 5%-dən çox hissəsi satıla bilər Çin şirkətlərinin əsas investorlardan olması gözlənilir
Maliyyə
23 Oktyabr , 2017 20:19
Saudi Aramconun 5%-dən çox hissəsi satıla bilər

Bakı. 23 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı xarici investorlara "Saudi Aramco"nun 5%-dən çox hissəsini təklif edə bilər. 

"Report" xəbər verir ki, bu barədə açıqlamanı Səudiyyə Ərəbistanının şahzadəsi Əl-Valid ibn Təlal CNBC telekanalına verib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu günə qədər şirkətin 5% səhmlərini satacağını bildirmişdi. Oktyabrın 15-də "Financial Times"da çıxan məqalədə bildirilib ki, "Saudi Aramco" öz planlarını dəyişə bilər. Buna səbəb kimi səudiyyəli nümayəndələrin bir neçə xarici institutsional investorlarla görüşdüyü qeyd olunub. Bunların əksəriyyəti xarici investisiya fondlarıdır.

Xatırladaq ki, bu xəbərdən bir qədər sonra Çinin "PetroChina" və Sinopec" şirkətlərinin "Saudi Aramco"nun 5%-ə qədər səhmlərini almaq istədikləri məlum olub. 

Son xəbərlər

Orphus sistemi