Samir Şərifov: "Ötən il sosialyönümlü xərclərin büdcədə xüsusi payı olub"

Samir Şərifov: "Ötən il sosialyönümlü xərclərin büdcədə xüsusi payı olub" “2021-ci ildə sosialyönümlü xərclər ənənəyə uyğun olaraq dövlət büdcəsində xüsusi paya malik olub".
Milli Məclis
25 May , 2022 11:25
Samir Şərifov: Ötən il sosialyönümlü xərclərin büdcədə xüsusi payı olub
Samir Şərifov

“2021-ci ildə sosialyönümlü xərclər ənənəyə uyğun olaraq dövlət büdcəsində xüsusi paya malik olub".

“Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.

"Ötən il müdafiə və təhlükəsizlik xərclərinə də əvvəlki illə müqayisədə çox vəsait ayrılıb. Bunun da xüsusi səbəbi var”, - deyə nazir qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, 2021-ci ildə ilk dəfə dövlət büdcəsində dövlət sərhədlərinin qorunması, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi kimi məsələlər əksini tapıb, bu xərclər tam qarşılanıb.

"Təhsil və səhiyyə xərclərinin isə ümumi daxili məhsula (ÜDM) nisbətinin artırıması istiqamətində tədbirlər həyata keçirilib və keçirilməkdədir", - deyə S.Şərifov əlavə edib.

Son xəbərlər

Orphus sistemi