Samir Şərifov: "Əlverişli makroiqtisadi mühit iqtisadiyyatın gözləniləndən tez bərpasına şərait yaradıb"

Samir Şərifov: "Əlverişli makroiqtisadi mühit iqtisadiyyatın gözləniləndən tez bərpasına şərait yaradıb" Dünya bazarlarında neftin qiymətinin artması fonunda yaranmış əlverişli xarici və daxili makroiqtisadi mühit iqtisadiyyatın gözləniləndən daha da tez bərpa olunmasına şərait yaradıb.
Maliyyə
25 May , 2022 11:53
Samir Şərifov: Əlverişli makroiqtisadi mühit iqtisadiyyatın gözləniləndən tez bərpasına şərait yaradıb
Samir Şərifov

Dünya bazarlarında neftin qiymətinin artması fonunda yaranmış əlverişli xarici və daxili makroiqtisadi mühit iqtisadiyyatın gözləniləndən daha da tez bərpa olunmasına şərait yaradıb.

“Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ilkin olaraq nəzərdə tutulurdu ki, bu bərpa 2022-ci ilin birinci rübünə təsadüf edəcək: "Amma 2021-ci ildə biz artıq pandemiya zamanı iqtisadiyyatımızı bərpa etməyə nail olmuşuq. 2020-ci ildə iqtisadiyyatın bütün sahələrində sürətlə getmiş bərpa proseslərinə müvafiq olaraq neft sektoru 1,8 % artım, qeyri-neft sektoru üzrə 7,2 % artım qeydə alınıb”.

Nazir bildirib ki, 2021-ci ildə ÜDM-in nominal həcmi 70,8 milyard manat planlaşdırılmışdısa, faktiki 92,9 milyard manat təşkil edib: “Bununla yanaşı da ÜDM-in real artımı 3,4 % səviyyədə nəzərdə tutulsa da, faktiki artım 5,6 % təşkil edib. Qeyd edək ki, neftin qiyməti də büdcədə nəzərdə tutulandan faktiki olaraq 70 % çox olub ki, bu da həm dövlət büdcəsinin göstəricilərinin xeyli dərəcədə yaxşılaşdırılmasına, həm də icmal büdcənin kəsirsiz icra olunmasına, eyni zamanda Dövlət Neft Fondunun aktivlərinin artmasına münbit şərait yaradır”.

Son xəbərlər

Orphus sistemi