Samir Şərifov: "Cənub Qaz Dəhlizi"nə verilmiş dövlət zəmanətlərinin əvəz edilməsi məsələsinə baxıla bilər"

Samir Şərifov: "Cənub Qaz Dəhlizi"nə verilmiş dövlət zəmanətlərinin əvəz edilməsi məsələsinə baxıla bilər" Bakı. 11 aprel. REPOPRT.AZ/ Cənub Qaz Dəhlizi layihəsi tam işlək vəziyyətə gətirildikdən sonra dövlət zəmanətlərinin əvəz edilməsi məsələsinə baxıla bilər.
Maliyyə
11 aprel 2018 08:55
Samir Şərifov: Cənub Qaz Dəhlizinə verilmiş dövlət zəmanətlərinin əvəz edilməsi məsələsinə baxıla bilər

Bakı. 11 aprel. REPOPRT.AZ/ "Cənub Qaz Dəhlizi" layihəsi tam işlək vəziyyətə gətirildikdən sonra dövlət zəmanətlərinin əvəz edilməsi məsələsinə baxıla bilər.

"Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. 

"Cənub Qaz Dəhlizi" layihəsinin maliyyələşdirilməsi ilə dövlətin xüsusi təsis etdiyi şirkət - “Cənub Qaz Dəhlizi” QSC məşğuldur. Maliyyələşdirmə ilə bağlı borclanma tədbirləri vaxtında həyata keçirilib. Bütün bu borclanmalara dövlət zəmanəti verilir. Bu da onunla bağlıdır ki, beynəlxalq təcrübəyə əsasən, layihənin reallaşdırılmasına bank zəmanəti tələb olunur. Yeni şirkət olduğu nəzərə alınaraq həmin zəmanəti dövlət verir. Lakin layihə tam işlək vəziyyətə gətirildikdən sonra bu zəmanətlərin əvəz edilməsi ilə məşğul ola bilərik", - o qeyd edib. 

Nazirin sözlərinə görə, bu layihənin uğurlu olduğunu əksər beynəlxalq maliyyə institutlarının ona kredit ayırması da sübut edir: "Dünya Bankı, Asiya İnkişaf Bankı, yeni yaradılmış Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı bu layihəyə vəsait ayırıb. Dünya Bankı qrupuna daxil olan Çoxtərəfli İnvesitsiya Zəmanəti Agentliyi (MiGA) də bu layihəyə kredit ayırmağa qərara verib. Hazırda şirkət həmin qurumla və layihəni maliyyələşdirən banklarla kredit müqaviləsi üzrə danışıqlar aparır". 

Son xəbərlər

Orphus sistemi