Samir Şərifov: “Bu il ARDNF-nin aktivləri 2,5 mlrd. dollar artacaq”

Samir Şərifov: “Bu il ARDNF-nin aktivləri 2,5 mlrd. dollar artacaq” Bakı. 5 dekabr. REPORT.AZ/ “2019-cu ilin dövlət büdcəsinin bilavasitə neftin qiyməti ilə bağlı olan parametri yalnız Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xarici valyuta ilə satışlarından ödədikləri mənfəət vergisi ilə bağlıdır. Yəni, neftin qiyməti aşağı endiyi təqdirdə biz daha aşağı mənfəət vergisi əldə edə bilərik”.
Maliyyə
5 Dekabr , 2018 09:09
Samir Şərifov: “Bu il ARDNF-nin aktivləri 2,5 mlrd. dollar artacaq”
Maliyyə nazirvi Samir Şərifov / Report

Bakı. 5 dekabr. REPORT.AZ/ “2019-cu ilin dövlət büdcəsinin bilavasitə neftin qiyməti ilə bağlı olan parametri yalnız Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xarici valyuta ilə satışlarından ödədikləri mənfəət vergisi ilə bağlıdır. Yəni, neftin qiyməti aşağı endiyi təqdirdə biz daha aşağı mənfəət vergisi əldə edə bilərik”.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, digər hallarda büdcə faktiki olaraq sığortalanıb: “Burada digər parametr - icmal büdcə də var. Bu büdcə ilk növbədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləridir. Yəni bu gün bizim təqdim etdiyimiz büdcədə neftin qiyməti 60 ABŞ dolları olduğu təqdirdə, büdcə xərcləri, həmçinin ARDNF-nin bəzi xərcləri icra edildikdən sonra Fondun cari ildə aktivləri 2,5 mlrd. dollar artacaq”.

Nazir əlavə edib ki, büdcə üzrə müəyyən risklər də mövcuddur: “Əgər neft qiymətləri biz müəyyən etdiyimizdən aşağı olarsa öncə biz təmkinli olmalıyıq. Dərhal nəyisə dəyişməməliyik, “counter split” siyasəti yürütməliyik. Orta rəqəm götürməliyik. Orta rəqəm də 60 dollardır. Neftin qiymətinin 45 dollar olması ssenarisində isə ARDNF-nin ilin sonuna olan aktivləri ötən ilin sonuna nisbətən dəyişməyəcək. Burada biz 45 mlrd. dollarlıq aktivlərdən danışırıq. İlin sonuna qədər bu aktivlərin bir qədər də artması gözlənilir”.

S.Şərifov dünya bazarında neft qiymətinə digər amillərin də təsir etdiyini qeyd edib: “Nəticə etibarı ilə vacib amil tələb-təklifdir. Müvəqqəti amillər, siyasi söz müdaxilələri bazara həm müsbət, həm də mənfi təsir edir. Amma bu təsirlər müvəqqəti də ola bilər. Digər tərəfdən də neft qiymətinin 140 dollardan 27 dollara qədər düşməsi bizim yaddaşımızda qalıb. Biz görmüşük ki, bu səviyyəyə düşsə də, heç bir iqtisadi reallığı əks etdirmir. İqtisadi reallıq onun üzərində qurulub ki, bazara təkliflər verən şist neft şirkətləri tədricən müflisləşməyə, sıradan çıxmağa başladılar. Həmin şirkətlərin böyük hissəsini artıq iri neft şirkətləri alıblar. Artıq şist neftin istehsalı ilə onlar məşğuldur. Onlar isə bir barel neftin hasilat qiymətini yaxşı bilirlər. Nəticə etibarı ilə neftin kəskin ucuzlaşması onun istehsalına, dünya bazarının neftlə təchizatına orta müddətli çərçivədə çox mənfi təsir göstərir. Ona görə də burada balans gözlənilməlidir”.

Son xəbərlər

Orphus sistemi