Samir Şərifov: "AZAL-ın hesabında subsidiyanın qalıq kimi qalmasında qəbahət yoxdur"

Samir Şərifov: "AZAL-ın hesabında subsidiyanın qalıq kimi qalmasında qəbahət yoxdur" "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) dövlət tərəfindən verilən subsidiyaların qalıq kimi bank hesabında qalmasında qəbahət yoxdur.
Maliyyə
6 İyun , 2023 13:15
Samir Şərifov: AZAL-ın hesabında subsidiyanın qalıq kimi qalmasında qəbahət yoxdur
Samir Şərifov

"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) dövlət tərəfindən verilən subsidiyaların qalıq kimi bank hesabında qalmasında qəbahət yoxdur.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

"Müəyyən dövlət şirkətlərinə, xüsusilə də publik hüquqi şəxslərə iqtisadi dəstək tədbirləri çərçivəsində və ya yaranan zərərin qaşrılanması üçün subsidiyalar yönəldilir. Bu, həmin şirkətlər tərəfindən istifadə olunmalıdır. Amma bu, o anlama gəlmir ki, həmin şirkətlərin bank hesabları sıfırlanmalıdır. Bizdə olan məlumata görə, AZAL-ın bank hesabında ilin sonunda qalıq kimi 8,3 milyon manat qalıb", - deyə S.Şərifov bildirib.

Son xəbərlər

Orphus sistemi