Samir Şərifov Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb

Samir Şərifov Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri müzakirə edilib
Maliyyə
14 Noyabr , 2016 19:08
Samir Şərifov Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Maliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri müzakirə edilib, ölkəmizin Asiya İnkişaf Bankı ilə birgə həyata keçirdiyi su təchizatı, nəqliyyat - yol şəbəkəsi və digər infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunub.

Görüş zamanı AİB-in 2017-2019-cu illər üçün Azərbaycan üzrə Biznes Planı çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulan "Cənub Qaz Dəhlizi" layihəsi, dəmir yolu nəqliyyatı sisteminin yenidən qurulması və inkişafı, bir sıra sahələrdə texniki yardımlar, eləcə də islahatyönümlü layihələr, maliyyə idarəçiliyi və digər sahələr üzrə fikir mübadiləsi aparılıb.

Ölkəmizin davamlı iqtisadi inkişafını qeyd edən Vençay Janq etibarlı tərəfdaşlar kimi AİB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrinin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi