Salyanda iki qurumun ümumilikdə 383 min manatlıq səhmi ləğv edilib

Salyanda iki qurumun ümumilikdə 383 min manatlıq səhmi ləğv edilib Bakı. 13 iyun. REPORT.AZ/ “Salyan Avtovağzal” ASC və “Salyan Sərnişin” ASC təşkilati-hüquqi formalarını dəyişərək MMC-yə çevriliblər.
Maliyyə
13 iyun 2018 04:25
Salyanda iki qurumun ümumilikdə 383 min manatlıq səhmi ləğv edilib

Bakı. 13 iyun. REPORT.AZ/ “Salyan Avtovağzal” ASC və “Salyan Sərnişin” ASC təşkilati-hüquqi formalarını dəyişərək MMC-yə çevriliblər.

“Report” xəbər verir ki, bu barədə məlumat rəsmi mətbuatda dərc edilib.

Qeyd edilən dəyişikliklə əlaqədar hər birinin dəyəri 2 manat olan, adi, sənədsiz, adlı səhmlər silinərək dövriyyədən çıxarılır. Bununla da “Salyan Avtovağzal”ının ümumi dəyəri 63 378 manat olan 31 689 ədəd, “Salyan Sərnişin”in isə ümumi dəyəri 319 500 manat olan 159 750 ədəd səhmi silinib.

Son xəbərlər

Orphus sistemi