Şahmar Mövsümov: "Bu gün büdcəyə dəyişiklik edilməsinə ehtiyac yoxdur"

Şahmar Mövsümov: "Bu gün büdcəyə dəyişiklik edilməsinə ehtiyac yoxdur" "Azərbaycanda koronavirus pandemiyası şəraitində ÜDM illik müqayisədə 2,7% azalıb və bu da ürəkaçan hal olmasa da, elə də pis göstərici deyil. Kənd təsərrüfatında, qeyri-neft sənayesində artım var. Hesab edirik ki, növbəti illərdə itirdiklərimizi bərpa ed
Maliyyə
485
20 İyul , 2020 18:24
Şahmar Mövsümov: Bu gün büdcəyə dəyişiklik edilməsinə ehtiyac yoxdur

"Azərbaycanda koronavirus pandemiyası şəraitində ÜDM illik müqayisədə 2,7% azalıb və bu da ürəkaçan hal olmasa da, elə də pis göstərici deyil. Kənd təsərrüfatında, qeyri-neft sənayesində artım var. Hesab edirik ki, növbəti illərdə itirdiklərimizi bərpa edəcəyik".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

"Bu gün dövlət büdcəsinə dəyişiklik edilməsinə ehtiyac yoxdur. Çünki 6 ayın nəticələrinə görə, büdcədə qalıq var. Büdcə gəlirləri və xərclərinin dinamikası normaldır. Amma payızda bir daha büdcəni nəzərdən keçirəcəyik", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi