Şahin Mahmudzadə: "Azərbaycanda bank kreditlərinin 50 %-i ekologiyaya həssas sektorlara fokuslanıb"

Şahin Mahmudzadə: "Azərbaycanda bank kreditlərinin 50 %-i ekologiyaya həssas sektorlara fokuslanıb" Hazırda Azərbaycanın maliyyə sektoru tərəfindən verilmiş kreditlərin 50 %-i ekologiyaya həssas sektorları əhatə edir.
Maliyyə
17 May , 2024 14:23
Şahin Mahmudzadə: Azərbaycanda bank kreditlərinin 50 %-i ekologiyaya həssas sektorlara fokuslanıb

Hazırda Azərbaycanın maliyyə sektoru tərəfindən verilmiş kreditlərin 50 %-i ekologiyaya həssas sektorları əhatə edir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Şahin Mahmudzadə "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.

Onun sözlərinə görə, bunlara istixana qazlarını artıran sektorlar, kənd təsərrüfatı və tullantılar sektorları aiddir.

"Eyni zamanda karbon emissyasının yüksək olduğu sektorlar, burdada tikinti və nəqliyyat sektorları ön plana çıxır. Ümumi iqtisadiyyatda bu sektorların payı çox olduğuna görə maliyyə sektorunun da 50 %-i bu sektorlara fokuslanıb", - Ş. Mahmudzadə bildirib.

Son xəbərlər

Orphus sistemi