Bakı. 17 dekabr. REPORT.AZ/Azərbaycanda sahibkarlıqla məşğul olan fiziki şəxslərin banklardakı depozitlərinin həcmi azalıb.
"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, 2018-ci il noyabrın 1-nə sahibkarlıqla məşğul olan fiziki şəxslərin banklardakı depozitləri 82,2 mln. manat olub.
Bu, sentyabr ayı ilə müqayisədə 2 mln. manat və ya 2,38% azdır.