Sahibkarlığın İnkişafı Fondu sığortaçı seçir

Sahibkarlığın İnkişafı Fondu sığortaçı seçir İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu əməkdaşların könüllü tibbi sığortalanması üçün kotirovka sorğusu elan edib.
Maliyyə
20 Oktyabr , 2021 17:17
Sahibkarlığın İnkişafı Fondu sığortaçı seçir

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu əməkdaşların könüllü tibbi sığortalanması üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini noyabrın 2-si, saat 17:30-a qədər Fondun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 310-23-02 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi