Sahibkarlara altı ayda 63,3 mln. manat güzəştli kredit verilib

Sahibkarlara altı ayda 63,3 mln. manat güzəştli kredit verilib Dağlıq Şirvanda heyvandarlıq, müalicə-sağlamlıq mərkəzləri tikiləcək
Maliyyə
6 İyul , 2017 19:37
Sahibkarlara altı ayda 63,3 mln. manat güzəştli kredit verilib

Bakı. 6 iyul. REPORT.AZ/ Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,5 mln. manat güzəştli kredit verilib.

"Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, verilən kreditlər əsasən, heyvandarlıq, müalicə-sağlamlıq mərkəzinin tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə layihələrin reallaşdırılması 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradacaq.

Ümumilikdə isə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 69,3 milyon manat güzəştli kredit verilib.

Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2017-ci ilin birinci yarımilliyi ərzində 690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilib: “Bu investisiya layihələrinin reallaşdırılması 2300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bu dövrdə verilən güzəştli kreditlərin 76%-i ölkə regionlarının, 24%-i isə Bakı qəsəbələrinin payına düşür.”

Həmçinin İsmayıllı rayonunun Təzəkənd kəndində keçirilən forum çərçivəsində İsmayıllının Kürdmaşı kəndində güzəştli kredit ayrılmış aqroparkda aparılan işlərə baxış keçirilib.

Qeyd edək ki, indi Xaçmaz rayonunda Yalama aqroparkında 1-ci mərhələ üzrə işlər başa çatdırılıb və Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər davam etdirilir. Bundan əlavə, Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli, Cəlilabad və İsmayıllı rayonlarında da aqroparklar yaradılır. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu aqroparkların yaradılmasına 76,1 mln. manat güzəştli kredit verilib. 

Son xəbərlər

Orphus sistemi