Azərbaycanda sahibkar qadınların investisiya layihələrinin maliyyələşdirilməsinə 104 mln. manat yönəldilib

Azərbaycanda sahibkar qadınların investisiya layihələrinin maliyyələşdirilməsinə 104 mln. manat yönəldilib Bakı. 21 yanvar. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti dövründə qadın sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi ilə bağlı dövlət tərəfindən 103,8 mln. manat güzəştli krediti verilib.
Maliyyə
21 yanvar 2019 08:10
Azərbaycanda sahibkar qadınların investisiya layihələrinin maliyyələşdirilməsinə 104 mln. manat yönəldilib
Iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov / Report/ Firi Salim

Bakı. 21 yanvar. REPORT.AZ/ "İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti dövründə qadın sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi ilə bağlı dövlət tərəfindən 103,8 mln. manat güzəştli krediti verilib".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu kreditlər sahibkarlıq fəaliyyəti ilə məşğul olan 4 200 qadına verilib. 

Nazir müavini bildirib ki, bu güzəştli kreditlər hesabına 8 500 iş yerinin yaradılması təmin edilib.

Son xəbərlər

Orphus sistemi