"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçir

"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçir Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası üçün açıq tender elan edib.
Maliyyə
21 May , 2024 19:14
Şahdağ Turizm Mərkəzi sığortaçı seçir

Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.

İddiaçılar təkliflərini iyunun 16-na qədər səhmdar cəmiyyətinin yerləşdiyi Qusar rayonu, Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometrinə təqdim edə bilərlər.

Təkliflərə iyunun 16-da, saat 14:00-da qeyd olunan ünvanda baxılacaq.

Satınalma çərçivəsində 6 ədəd "Mitsubishi L200" markalı minik avtomobilinin sığortalanması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi