Sabahdan “Qafqaz İnkişaf Bankı”nın qorunmayan əmanətçilərinə kompensasiya ödəniləcək

Sabahdan “Qafqaz İnkişaf Bankı”nın qorunmayan əmanətçilərinə kompensasiya ödəniləcək Azərbaycan Əmanətlərin Sığortalanması Fondu bankın kreditorlarına müraciət edib
Maliyyə
10 May , 2017 13:15
Sabahdan “Qafqaz İnkişaf Bankı”nın qorunmayan əmanətçilərinə kompensasiya ödəniləcək

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Qafqaz İnkişaf Bankı” ASC-nin kreditorlarına müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə bildirilir ki, sabahdan etibarən növbədə 7-ci olan təminatsız kreditorların tələbləri üzrə proporsional qaydada ödəniş (50 min manat ekvivalentində) həyata keçiriləcək.

Kompensasiyalar fondun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanında yerləşən ofisində - müştəri xidməti şöbələrində ödəniləcək. 

Son xəbərlər

Orphus sistemi