Sabah Azərbaycanda dolların rəsmi məzənnəsi tarixi rekorda çata bilər

Sabah Azərbaycanda dolların rəsmi məzənnəsi tarixi rekorda çata bilər Bugünkü valyuta hərracında məzənnə artıq 1,6471 manata yüksəlib
Maliyyə
1 Noyabr , 2016 11:39
Sabah Azərbaycanda dolların rəsmi məzənnəsi tarixi rekorda çata bilər

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 2-nə rəsmi məzənnəsini 1,6471 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir. "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi 1,6471 AZN/USD olub. 

Qeyd edək ki, son vaxtlar AMB hərraclarda 3-sü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axsama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz bu səviyyədə olacağı ehtimal edilir. Bu isə məzənnənin 0,55% artması deməkdir.

Xatırladaq ki, sabaha olan məzənnə 1,6471 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların tarixi maksimal rəsmi məzənnəsi olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə 2016-cı il martın 11-də (1,6456 AZN/USD) qeydə alınıb. 

Qeyd edək ki, bu gün, noyabrın 1-də rəsmi məzənnə 1,6381 AZN/USD-dir.

Son xəbərlər

Orphus sistemi