Bakı. 30 iyun. REPORT.AZ/ "S&P Global Ratings" beynəlxalq agentliyi Türkiyənin milli şkala üzrə uzunmüddətli reytinqini yüksəldilməsi barədə qərar qəbul edib.
"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, Türkiyənin müvafiq reytinqi "trAA" səviyyəsindən "trAAA" səviyyəsinədək qaldırılıb.
Qısamüddətli reytinq isə "trA-1"-dən "trA-1+"dək yüksəldilib.
Bu da Türkiyənin borc öhdəliklərini yerinə yetirə biləcəyinin göstəricisidir.