“S&P”: Türkiyədəki iqtisadi artımın bərpası davam etməlidir

“S&P”: Türkiyədəki iqtisadi artımın bərpası davam etməlidir “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Türkiyənin xarici valyutalarda uzunmüddətli müstəqil kredit reytinqini sabit proqnozla “B+” səviyyəsində təsdiq edib.
Maliyyə
3 Fevral , 2020 13:32
“S&P”: Türkiyədəki iqtisadi artımın bərpası davam etməlidir
google.az

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Türkiyənin xarici valyutalarda uzunmüddətli müstəqil kredit reytinqini sabit proqnozla “B+” səviyyəsində təsdiq edib.

“Report”un xəbərinə görə, agentliyin açıqlamasına deyilir ki, bununla yanaşı, milli valyutada uzunmüddətli reytinq “BB-“, həm xarici, həm də yerli valyutalarda qısamüddətli proqnoz isə “B” səviyyəsində saxlanılıb.

“Bu proqnoz Türkiyə iqtisadiyyatı və bank sisteminin gələn il ərzində qlobal maliyyələşmənin əlverişli şərtləri sayəsində ...mövcud problemlərini həll edəcəklərinə dair gözləntilərimizi əks etdirir”, - açıqlamada bildirilib.

Agentliyin rəyinə görə, Türkiyədəki iqtisadi artımın bərpası bundan sonra da davam edəcək. Belə ki, ötən il 0,3 faiz azalan ÜDM-nin cari ildə 3,5 faiz artacağı güman edilir.

Həmçinin hökumətin ölkə iqtisadiyyatına və banklarına etimadı artıracaq, tədiyyə balansı üçün risqləri azaldacaq, inflyasiya səviyyəsinin davamlı azalmasına gətirib çıxaracaq iqtisadi islahatların dürüst və şəffaf proqramını hazırlayıb icra edəcəyi halda reytinqin də artırıla biləcəyi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi