"S&P": Qarşıdakı 4 ildə Azərbaycanın borcunun ÜDM-ə nisbəti 9 faiz bəndi azalacaq

"S&P": Qarşıdakı 4 ildə Azərbaycanın borcunun ÜDM-ə nisbəti 9 faiz bəndi azalacaq 2020-ci ildə Azərbaycanın borcunun ümumi daxili məhsuluna (ÜDM)nisbəti 37,8%-ə bərabər olacaq.
Maliyyə
234
25 İyul , 2020 12:31
S&P: Qarşıdakı 4 ildə Azərbaycanın borcunun ÜDM-ə nisbəti 9 faiz bəndi azalacaq

2020-ci ildə Azərbaycanın borcunun ümumi daxili məhsuluna (ÜDM) nisbəti 37,8%-ə bərabər olacaq.

“Report” xəbər verir ki, bu barədə “Standard & Poor’s” ("S&P") beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə hesabatında bildirilir.

Sənədə əsasən, bu göstərici 2021-ci ildə 33,5%, 2022-ci ildə 30,3%, 2023-cü ildə isə 28,8% təşkil edəcək. 

Agentlik Azərbaycanın borcunun gəlirlərinə olan nisbəti ilə bağlı proqnozlarını da açıqlayıb. Bu göstəricinin 2020-ci ildə 109%, 2021-ci ildə 94,3%, 2022-ci ildə 85,2%, 2023-cü ildə isə 82% təşkil edəcəyi gözlənilir. 

Bundan başqa, "S&P" Azərbaycanın gəlirlərinin və xərclərinin ÜDM-ə nisbətini də proqnozlaşdırıb. Proqnoza görə, Azərbaycanın gəlirləri 2020-ci ildə ÜDM-nin 34,7%-nə, 2021-ci ildə 35,5%-nə, 2022-ci ildə 35,6%-ə, 2023-cü ildə isə 35,1%-nə bərabər olacaq. Ölkənin xərclərinin ÜDM-nə nisbətinin isə 2020-ci ildə 43,2%, 2021-ci ildə 37,1%, 2022-ci ildə 33,4%, 2023-cü ildə isə 32,8% olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi