"S&P": Qarşıdakı 4 ildə Azərbaycanda işsizlik səviyyəsi dəyişməyəcək

"S&P": Qarşıdakı 4 ildə Azərbaycanda işsizlik səviyyəsi dəyişməyəcək Bu il Azərbaycanda real ümumi daxili məhsul (ÜDM) 6,9%, gələn il isə 2,9% artacaq.
Maliyyə
333
25 İyul , 2020 11:45
S&P: Qarşıdakı 4 ildə Azərbaycanda işsizlik səviyyəsi dəyişməyəcək

Bu il Azərbaycanda real ümumi daxili məhsul (ÜDM) 6,9% azalacaq, gələn il isə 2,9% artacaq.  

“Report” xəbər verir ki, bu barədə “Standard & Poor’s” ("S&P") beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə hesabatında bildirilir.

Sənədə əsasən, bu rəqəm 2022-ci ildə 5%-ə, 2023-cü ildə isə 3%-ə bərabər olacaq.

"S&P" hesab edir ki, 2020-2023-cü illərdə Azərbaycanda işsizlik səviyyəsi dəyişməyərək 4,9% qalacaq.

Bundan başqa, real ixracın 2020-ci ildə 14,2% azalacağı, 2021-ci ildə 2,4%, 2022-ci ildə 8%, 2023-cü ildə isə 2,8% artacağı gözlənilir.

"Bundan əlavə, hər kapitala düşən real ÜDM-in artım tempi 2020-ci ildə -7,7%, 2021-ci ildə 2,1%, 2022-ci ildə 4,1% və 2022-ci ildə isə 2,2% təşkil edəcək", - deyə agentlik bəyan edib.

Son xəbərlər

Orphus sistemi