“S&P”: “Mugan Bank”ın likvidlik göstəriciləri azala bilər

“S&P”: “Mugan Bank”ın likvidlik göstəriciləri azala bilər “S&P Global Ratings” beynəlxalq agentliyi “Mugan Bank” ASC-ni “CreditWatch” siyahısına salıb. Bu da bank tərəfindən likvidlik əmsalına dair mövcud tələbləri poza biləcəyi, hətta depozitlərin çıxarılması davam edərsə, öhdəliklərini vaxtında və dolğun şəkildə yerinə yetirməmə ehtimalı ilə bağlıdır.
Maliyyə
351
29 Aprel , 2020 20:20
“S&P”: “Mugan Bank”ın likvidlik göstəriciləri azala bilər

“S&P Global Ratings” beynəlxalq agentliyi “Mugan Bank” ASC-ni “CreditWatch” siyahısına salıb. Bu da bank tərəfindən likvidlik əmsalına dair mövcud tələbləri poza biləcəyi, hətta depozitlərin çıxarılması davam edərsə, öhdəliklərini vaxtında və dolğun şəkildə yerinə yetirməmə ehtimalı ilə bağlıdır.

“Report” “S&P”nin hesabatına istinadən xəbər verir ki, cari ilin birinci rübündə “Mugan Bank”da əsasən korporativ depozitlərin çıxarılması nəticəsində depozitlərin bütöv həcmi 2019-cu ilin sonuna nisbətən 19 faiz azalıb.

Nəticədə bankın qısamüddətli likvidlik əmsalı 2019-cu ilin sonundakı 65 faizə qarşı cari ilin 31 mart tarixində 40 faiz təşkil edib.

Eyni zamanda hökumətin faiz dərəcələrini sabitləşdirmə tədbirləri çərçivəsində martın 13-də fiziki şəxslərin əmanətlərinə dair sığorta zəmanətlərinin müddətini 4 dekabr tarixinədək uzatması sayəsində pərakəndə depozitlərinin çıxarılması indiyədək elə də çox olmayıb. Hesabata görə “Mugan Bank”da depozitlərin çıxarılması davam edərsə və səhmdarlardan, yaxud Mərkəzi Bank tərəfindən lazımi dəstək göstərilməzsə, bununla da likvidlik göstəriciləri daha da azalarsa, bankın reytinqi daha da azaldıla bilər.

“Biz “Mugan Bank”ın reytinqini “CreditWatch” siyahısından qarşıdakı üç ay ərzində çıxarmağı nəzərdə tuturuq. Bu da depozit təməlinin dəyişkənliyinin azalması, yaxud daha böyük likvidlik ehtiyatının yaranması nəticəsində mümkün ola bilər”, - hesabatda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi