Bakı. 21 sentyabr. REPORT.AZ/ "Standard & Poor's" beynəlxalq reytinq agentliyi Çinin kredit reytiqini "AA-"dan "A+"a endirdiyini açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"S&P" tərəfindən verilən açıqlamada Çinin reytinqi üzrə proqnoz "neqativ"dən "stabil"ə yüksəldilib. Agentlik reytinqin azaldılmasına səbəb kimi Çində iqtisadi və maliyyə risklərinin artması amilini göstərib. Həmçinin, Çində kreditləşmə həcminin artması da risk amili kimi qiymətləndirilib.
Xəbərin açıqlanmasından sonra dolların məzənnəsi 0,3% artımla 6,594 yuan səviyyəsinə yüksəlib.