"S&P" Azərbaycanın kredit reytinqini təsdiqləyib

"S&P" Azərbaycanın kredit reytinqini təsdiqləyib “Standard Poor’s” ("SP") beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini “BB+/B” səviyyəsində təsdiq edib.
Maliyyə
328
25 İyul , 2020 10:56
S&P Azərbaycanın kredit reytinqini təsdiqləyib

“Standard & Poor’s” ("S&P") beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini “BB+/B” səviyyəsində təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, reytinq üzrə proqnoz "Sabit"dir. 

Sabit proqnoz, 2020-ci ildə karbohidrogen qiymətlərinin aşağı düşməsinə və iqtisadi daralmaya baxmayaraq, gələn ildən başlayacaq böyüməni, Azərbaycanın fiskal və xarici mövqelərinin maddi olaraq pisləşməsinin qarşısını alacağını özündə əks etdirir.

"Biz orta müddətdə Azərbaycan iqtisadiyyatının orta səviyyəli inkişafını oxşar iqtisadi inkişaf səviyyəsinə malik ölkələrlə müqayisədə gözləyirik. Güman edirik ki, manatın ABŞ dollarına nisbətdə de-fakto məzənnəsinin sabit qalması hökumətin böyük xarici aktivləri tərəfindən dəstəklənəcək", - "S&P" bəyan edib.

Son xəbərlər

Orphus sistemi