“S&P” Azərbaycanın kredit reytinqi üzrə proqnozunu yüksəldib

“S&P” Azərbaycanın kredit reytinqi üzrə proqnozunu yüksəldib Növbəti 4 il ərzində Azərbaycanda ÜDM-in 3,3% artacağı proqnozlaşdırılır
Maliyyə
27 yanvar 2018 07:49
“S&P” Azərbaycanın kredit reytinqi üzrə proqnozunu yüksəldib

Bakı. 27 yanvar. REPORT.AZ/ “Standard&Poor’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın kredit reytinqi üzrə proqnozunu “neqativ”dən “stabil”ə yüksəldib.

“Report” xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Qeyd olunub ki, növbəti 4 il ərzində Azərbaycanda ÜDM-in 3,3% artacağı proqnozlaşdırılır.

Agentliyin proqnozuna görə, hökumətin büdcə mövqeyi 2014-cü ildən sonra ilk dəfə artıma qayıdacaq.

“Nəticədə Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada suveren kredit reytinqində proqnozumuzu “neqativ”dən “stabil”ə dəyişir və reytinqi “BB+/B” səviyyəsində təsdiqləyirik”,- məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi