“S&P": "Azərbaycan iqtisadiyyatı gələn il 2019-cu il səviyyəsini ötməyə hazırlaşır"

“S&P": "Azərbaycan iqtisadiyyatı gələn il 2019-cu il səviyyəsini ötməyə hazırlaşır" Azərbaycan ümumi daxili məhsulu (ÜDM) bu il 4%, gələn il isə 2% həcmində artacaq.
Maliyyə
12 Noyabr , 2021 10:21
“S&P: Azərbaycan iqtisadiyyatı gələn il 2019-cu il səviyyəsini ötməyə hazırlaşır

Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) bu il 4 %, gələn il isə 2 % həcmində artacaq.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings”in Qafqaz və Mərkəzi Asiya (CCA) üzrə hesabatında bildirilib.

Sənədə əsasən, 2023-2024-cü illərdə isə Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyəcək.

Gələn il Azərbaycan iqtisadiyyatı, qısamüddətli əlverişli neft qiymətlərinin dinamikası ilə 2019-cu il səviyyəsini ötməyə hazırlaşır.

S&P-nin proqnozuna görə, “COVID-19” pandemiyası ilə bağlı xərclər bu gün yaşanandan pis olmayacaq və azalmağa davam edəcək.

"Neft və qaz istehsalçıları Qazaxıstan, Azərbaycan və Özbəkistan 2021-ci ildə yüksək enerji qiymətlərindən faydalanıb, ancaq qlobal iqtisadi artımın yavaşlaması və qiymətlərin stabilləşməsi səbəbindən, xammalın qiymətlərin artımı 2022-ci ildən daha yavaş olacağı ehtimal edilir.

Enerji əmtəələrinin qiymətləri (neft və təbii qaz) hazırda 2017-2019-cu il səviyyələrindən 50 %-dən çox yuxarıdır və 2010-2014-cü illərdə yaşanan orta göstəricilərə yaxınlaşır. Metal qiymətləri isə son 2 aydakı itkilərindən əvvəl yayda 9 ilin ən yüksək səviyyəsinə çatıb. Qiymətlərin belə nəzərəçarpacaq dərəcədə bərpası CCA-6 regionunda enerji istehsalçılarının ÜDM artımı və cari əməliyyatlar balansı üçün əlverişli olub, dolayı yolla qeyri-enerji sektorunda inamı və fəallığı dəstəkləyib.

"Neft İxrac Edən Ölkələr Təşkilatı və digər əsas neft istehsalçıları (OPEC+), 2022-ci ilin sentyabrına qədər istehsalın gündəlik 5,8 milyon barel azaldılması ilə bağlı məhdudiyyəti mərhələli olaraq ləğv etməsi ilə, artan neft hasilatının təsiri nəticəsində Azərbaycan və Qazaxıstanın neft ixracında bu ilin qalan dövründə və gələn il bərpası gözlənilir. Bundan başqa, təbii qaza tələbatın artması Özbəkistan və Azərbaycanın xalis ixracına və investisiya artımına da kömək etməlidir.

Bununla belə, enerji və metal qiymətləri ucuzlaşarsa, CCA-6 regionun enerji istehsalçılarının ticarət balansındakı bu ilki artım, gələn il və növbəti illərdə daha aşağı səviyyələrə enməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi