Rusiyanın qızıl-valyuta ehtiyatları 1,1 mlrd. dollar artıb

Rusiyanın qızıl-valyuta ehtiyatları 1,1 mlrd. dollar artıb Beynəlxalq ehtiyatlar böhrandan sonra 15% artıb
Maliyyə
1 İyun , 2017 20:16
Rusiyanın qızıl-valyuta ehtiyatları 1,1 mlrd. dollar artıb

Bakı. 1 iyun. REPORT.AZ/ Rusiyanın qızıl-valyuta ehtiyatları bu il 20-26 may tarixlərində 1,1 mlrd. ABŞ dolları və ya 0,3% artaraq 406,1 mlrd. dollara çatıb. 

"Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Bankı (Mərkəzi Bank) tərəfindən verilib.

Xəbərdə bildirilib ki, beynəlxalq ehtiyatların 1,1 mlrd. dollar artmasına əsas səbəb məzənnənin müsəbət yenidən qiymətləndirilməsi olub.

Qeyd edək ki, son maliyyə böhranında Rusiyanın beynəlxalq ehtiyatları 2015-ci il aprelin 30-da minimal səviyyə - 350,5 mlrd. dollara kimi geriləyib. Hazırda ehtiyatlar bu səviyyədən cəmisi 15,9% çoxdur.

Son xəbərlər

Orphus sistemi