Rusiyanın Ehtiyat Fondundakı vəsait 2017-ci ildə tükənəcək

Rusiyanın Ehtiyat Fondundakı vəsait 2017-ci ildə tükənəcək Hazırda fondda 2,1 trln.rubl vəsait var
Maliyyə
9 Sentyabr , 2016 19:31
Rusiyanın Ehtiyat Fondundakı vəsait 2017-ci ildə tükənəcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ Rusiyanın Ehtiyat Fondundakı vəsait 2017-ci ildə tam xərclənib tükənəcək.

"Report" İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya maliyyə nazirinin müavini Aleksey Lavrov tərəfindən verilib. O bildirib ki, Ehtiyat Fondu tükəndikdən sonra büdcə kəsirinin örtülməsi üçün milli rifah fondunun vəsaitlərindən istifadə olunacaq. 

Nazir müavininin sözlərinə görə, fondların vəsaitlərindən istifadə məsələlərinə oktyabrın 13-də müzakirə ediləcək 2017-2019-cu illər büdcə layihələrində toxunulacaq. Onun fikrincə, bu il hətta "Başneft" şirkətinin özəlləşdirmə tarixi dəyişdirilsə belə, fondun vəsaitlərinin qurtarması gözlənilmir: "Büdcə kəsirinin örtülməsi üçün ehtiyat fondundan başqa, daxili bazarda borclanma və özəlləşdirmədən də istifadə edəcəyik."

Xatırladaq ki, Maliyyə Nazirliyi büdcə kəsirinin örtülməsi üçün Ehtiyat Fondundan 390 mlrd. rubl(6 mlrd. ABŞ dolları) götürüb. Nəticədə fondun vəsaiti 18% azalaraq 2,1 trln. rubla(32,2 mlrd. dollar) geriləyib.

Maliyyə nazirinin digər müavini Maksim Oreşkin ilin əvvəlində açıqlamasında , bu il "Rosneft" özəlləşdirilməsə, ehtiyat fondundan 3 trln. rubl vəsait götürüləcəyini bildirib.  

Son xəbərlər

Orphus sistemi