Rusiyanın əhalisi miqrant axınına baxmayaraq azalır

Rusiyanın əhalisi miqrant axınına baxmayaraq azalır Bakı. 29 mart. REPORT.AZ/ Rusiyada spirtli içkilərdən istifadə və uşaq ölümü halları azalsa da, ölkə əhalisinin sayı artmır, əksinə, azalır.
Maliyyə
1297
29 Mart , 2018 12:28
Rusiyanın əhalisi miqrant axınına baxmayaraq azalır

Bakı. 29 mart. REPORT.AZ/ Rusiyada spirtli içkilərdən istifadə və uşaq ölümü halları azalsa da, ölkə əhalisinin sayı artmır, əksinə, azalır. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu prosesdə ölkədə iqtisadi vəziyyətin pisləşməsi də rol oynayır. 

Son nəticədə Rusiyaya miqrant axını zəifləyib. Belə ki, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya kimi ölkələrdən Rusiyaya işləməyə gələnlərin sayında 2013-cü illə müqayisədə 6-8 dəfə azalma var. Əgər 2013-cü ildə Almaniyadan 352 min nəfər Rusiyaya iş üçün üz tutmuşdusa, 2017-ci ildə bu rəqəm 94 min nəfər olub. Beş il ərzində İspaniyadan Rusiyaya gələnlərin sayı 77 mindən 13 minə, fransalı miqrantların sayı 65,5 mindən 23 minə, Böyük Britaniyadan olanların sayı 174 mindən 20 minə,  ABŞ-dan gələn işçilərin sayı isə 220 mindən 40 minə düşüb. Ümumilikdə, 2017-ci ildə Rusiyaya miqrant axını 2010-cu ildən bəri ən aşağı həddə olub və 212 min nəfər təşkil edib.

Yerli statistika qurumlarının proqnozlarına görə, yaxın 10 ildə miqrantlar əhalinin təbii azalmasının 75%-ni kompensasiya edə biləcək. 

Son xəbərlər

Orphus sistemi