Rusiyanın 5 ən varlı insanının sərvəti bir gün ərzində koronavirus səbəbi ilə 4,2 milyard ABŞ dolları azalıb.
“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Forbes Real Time”ın reytinqində bildirilir.
Mütəxəssislərin qiymətləndirməsinə əsasən, Rusiyanın ən varlı iş adamları siyahısında birinci olan “NorNikel” şirkətinin sahibi Vladimir Potaninin sərvəti bir gündə təxminən 900 milyon ABŞ dolları azalaraq 25,7 milyard dollara düşüb.
“LİKoil”un həmtəsisçisi
NOVATEK-in İdarə Heyətinin sədri Leonid Mixelson isə indi 22,5 milyard ABŞ dollarına sahibdir ki, bu da bir gün əvvələ nisbətən 300 milyon ABŞ dolları azdır.
Novolipetsk Metallurgiya Zavodunun və “Universal Cargo Logistics Holdinq” kimi nəqliyyat və logistika holdinqinin sahibi Vladimir Lisinin isə aktivləri 1,5 milyard ABŞ dolları azalaraq 21,1 milyard ABŞ dollarına düşüb.
“Severstal” şirkətinin həmtəsisçisi Aleksey Mordaşov isə bir gündə 650 milyon ABŞ dollarından çox vəsait itirib və hazırda onun 19,6 milyard ABŞ dolları məbləğində varidatı mövcuddur.