​Rusiyalı iqtisadçı Bakıda seminar keçirib

​Rusiyalı iqtisadçı Bakıda seminar keçirib Tədbirdə qlobal maliyyə böhranının təsiri və dünya iqtisadiyyatını gözləyən problemlər təhlil olunub
Maliyyə
7 May , 2015 16:54
​Rusiyalı iqtisadçı Bakıda seminar keçirib

Bakı. 7 may. REPORT.AZ/ Bu gün Bakıda tanınmış Rusiya iqtisadçısı, "Böhran nəzəriyyəsi" kitabının müəllifi Mixail Xazinin iştirakı ilə seminar keçirilib. Seminarda Azərbaycanın aparıcı bank və maliyyə təşkilatlarının nümayəndələri iştirak ediblər.

"Report" xəbər verir ki, M.Xazin seminar zamanı dünya maliyyə sisteminin yaranması tarixindən, bu günündən bəhs edərək hazırkı qlobal maliyyə böhranına da toxunub. Dünya valyuta bazarının inkişafı, xammal bazarlarındakı kəskin dəyişikliklərdən danışan alim-tədqiqatçı, dünya iqtisadiyyatını gələcəkdə gözləyən problemləri təhlil edib. Təbii sərvətlərin ixracından əldə edilən vəsaitlərin düzgün xərclənməsi və yeni iqtisadi modellərdən danışan lektor, Rusiya və Azərbaycanda milli valyutanın yaxın və orta müddətdə proqnozları ilə bağlı fikirlərini səsləndirib.

Yekunda kapital bazarlarının inkişaf etdirilməsi zərurətinə toxunan M.Xazin fond birjalarının inkişaf etdirilməsi yolunda atılması lazım olan addımları sadalayıb.

Qeyd edək ki, tədbir Bakı Banklararası Valyuta Birjasının təşəbbüsü ilə təşkil olunub.

Son xəbərlər

Orphus sistemi