Rusiyadan kapital axını 61% artıb

Rusiyadan kapital axını 61% artıb Bu ilin yanvar-iyul aylarında Rusiyadan kapital axını 28 milyard ABŞ dolları təşkil edib.
Maliyyə
10 Avqust , 2019 12:45
Rusiyadan kapital axını 61% artıb

Bu ilin yanvar-iyul aylarında Rusiyadan kapital axını 28 milyard ABŞ dolları təşkil edib.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 milyard dollar və yaxud 60,9% çoxdur.

Təkcə iyul ayında isə Rusiyadan 700 milyon dollar pul çıxarılıb. Kapital axınının kəskin artması Rusiya banklarının xarici valyutada olan öhdəliklərini yerinə yetirməsi ilə bağlıdır.

Rusiya Bankı bu ilin yekununda kapital axınının 50 milyard dollara çatacağını proqnozlaşdırır. Amma bunun üçün neftin 1 barelinin qiyməti orta hesabla 65 dollar olmalıdır. 

Son xəbərlər

Orphus sistemi