Rusiyada yeni kreditlərin 54%-i köhnə kreditlərin bağlanmasına yönəldilib

Rusiyada yeni kreditlərin 54%-i köhnə kreditlərin bağlanmasına yönəldilib Bu göstərici 2014-cü ildə 40% olub
Maliyyə
19 Oktyabr , 2017 16:51
Rusiyada yeni kreditlərin 54%-i köhnə kreditlərin bağlanmasına yönəldilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Rusiyada bu ilin ilk 8 ayında verilən yeni kreditlərin 50%-dən çoxu mövcud olanların yenidən maliyyələşdirilməsinə yönəldilib. 

"Report" "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, bu məlumatı Birləşmiş Kredit Bürosu (BKB) yayıb.

"66,5 mln. borcalanın məlumat bazasına əsaslanaraq BKB 2014-cü ildə mövcud kreditləri bağlamaq üçün götürülən yeni kreditlərin 40%, 2015-ci ildə 50%, 2016-cı ildə 52%, bu ilin ilk 8 ayında isə 54% təşkil etdiyini bildirib. Buna səbəb mövcud kreditlərin faiz dərəcəsinin yeni kreditlərlə müqayisədə yüksək olması amili göstərilib", - deyə qəzet yazır.

Xatırladaq ki, bir qədər əvvəl çıxan məlumata görə, Rusiyada potensial iflas hesab edilən borcun orta məbləği 1,75 mln. rubl və ya 30 170 ABŞ dolları təşkil edir.

Son xəbərlər

Orphus sistemi