Rusiyada problemli kreditlər 91 mlrd. dolları üstələyib

Rusiyada problemli kreditlər 91 mlrd. dolları üstələyib Elvira Nabiullina: "Bank sektorunda problemlər var"
Maliyyə
29 Sentyabr , 2017 15:32
Rusiyada problemli kreditlər 91 mlrd. dolları üstələyib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiyanın bank sektorunda problemli kreditlərin həcmi 5,3 trln. rubl və ya 91,4 mlrd. ABŞ dolları təşkil edir. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Rusiya Bankının (Mərkəzi Bank) rəhbəri Elvira Nabiullina "Rossiya 24" telekanalına müsahibəsində verib. Nabiullina bildirib ki, problemli kreditlərin həcmi məcmu kredit portfelinin 10%-dən də aşağıdır və hər hansı bir sistem riski təhlükəsi yoxdur.

"Rəsmi rəqəmlərə görə, problemli kreditlər adlandırdığımız 4-cü və 5-ci kateqoriyalı kreditlərin həcmi 5,3 trln. rubl təşkil edir və bunun, təxminən, 3,5 trln. rublu (60,3 mlrd. dollar) müəssisələrə, qalanı (31,1 mlrd. dollar) isə fiziki şəxslərə aiddir", - deyə baş bankir əlavə edib.

"Bank sektorunda, ümumiyyətlə, problemlər var. Lakin onlar sistem riski daşımır", - deyə E.Nabiullina vurğulayıb.

Son xəbərlər

Orphus sistemi