Rusiyada halal kriptovalyuta yaradıla bilər

Rusiyada halal kriptovalyuta yaradıla bilər Artıq bəzi müsəlman ölkələrində kriptovalyuta birjası yaradılıb
Maliyyə
1 Noyabr , 2017 15:57
Rusiyada halal kriptovalyuta yaradıla bilər
Sputnik/ Vladimir Astapkovich

Bakı. 1 noyabr. REPORT.AZ/ Rusiyada yaxın 2 il ərzində halal kriptovalyuta yaradıla bilər. 

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Müftilər Şurası Aparatının rəhbəri, İslam iqtisadiyyatı və maliyyəsi üzrə müşavir Mədinə Kalimullina verib.

M.Kalimullinanın sözlərinə görə, rəqəmsal pulların göstəricilərinə baxsaq, onların halal olması da mümkündür: "Lakin şəriət standartları hələ bu sahəni əhatə etmir. Bu mövzu Rusiya islam cəmiyyətində, xüsusilə Qafqazda çox aktualdır. İslam iqtisadçıları bu mövzunu hər zaman müzakirə edilər".

O bildirib ki, son zamanlar bəzi müsəlman ölkələrində kriptovalyuta birjaları yaradılıb. BƏƏ, Küveyt, Bəhreyn və S.Ərəbistanında "BitOasis", İndoneziyada "Bitcoin" və Malayziyada "Coinbox" fəaliyyətə başlayıb.

"Müsəlmanları ən çox narahat edən xüsusiyyət kriptovalyutanın vahid tənzimləyicisinin olmamasıdır", - deyə aparat rəhbəri qeyd edib.

Son xəbərlər

Orphus sistemi