Məlumata görə, bunun nəticəsi olaraq, RTS indeksi 3,38% azalaraq 1 218,13-ə düşüb.
Moskva birjalarında da indekslərin azalması müşahidə olunur. Belə ki, Moskva Banklararası Valyuta Birjasının indeksində isə 1,87% azalma müşahidə edilib və sonuncu hədd 1 426,01 səviyyəsində müəyyənləşib.
Əvvəllər Rusiya fond birjalarında gündəlik azalmalar 2,2% civarında olub.
Azalmanın əsas səbəbi kimi Rusiyanın Ukrayna ərazisinə girməsi göstərilir. Ukrayna prezidenti Pyotr Poroşenkonun çıxışında bunu deməsi, ABŞ və NATO rəsmilərinin həmin məsələni təsdiq etməsi indekslərə əsas təsir edən amil olub.