Rusiyada əlavə büdcə gəlirlərinin valyuta ehtiyatlarının artırılmasına yönəldilməsi təklif olunur

Rusiyada əlavə büdcə gəlirlərinin valyuta ehtiyatlarının artırılmasına yönəldilməsi təklif olunur Əlavə gəlirlər faizlərin azaldılması və rublun məzənnəsinin sabitləşməsinə kömək edəcək
Maliyyə
19 Yanvar , 2017 14:13
Rusiyada əlavə büdcə gəlirlərinin valyuta ehtiyatlarının artırılmasına yönəldilməsi təklif olunur

Bakı. 19 yanvar. REPORT.AZ/ Rusiyanın neft-qaz satışından əldə etdiyi əlavə gəlirlər yeni xərclərə deyil, ehtiyatların artırılmasına yönəldilməlidir."Report"un "RİA Novosti" agenliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə neftin orta qiyməti 50 dollar/barel olarsa, büdcənin əlavə gəlirləri 1 trln. rubl (17 mlrd. ABŞ dolları), 55 dollar/barel olarsa 1,4 trln. rubl (23,7 mlrd. dollar) təşkil edəcək. Nazir neft qiymətlərinin yüksək səviyyədə qalması halında Ehtiyat Fondu və Milli Rifah Fondunun vəsaitlərinə toxunmayacaqlarını istisna etməyib. O, həmçinin bildirib ki, əlavə gəlirlər Rusiya Bankına (Mərkəzi Bank) faizləri azaltmağa və rublun məzənnəsini sabitləşdirməyə imkan verəcək. 

Xatırladaq ki, 2017-2019-cu illər üçün Rusiya büdcəsində neftin orta illik qiyməti 41 dollar/barel götürülüb.

Son xəbərlər

Orphus sistemi