Rusiyada dolların məzənnəsi 57 rubldan aşağı düşüb

Rusiyada dolların məzənnəsi 57 rubldan aşağı düşüb RUB/USD nisbətinin 55-62 diapazonunda dəyişəcəyi gözlənilir
Maliyyə
7 Sentyabr , 2017 16:39
Rusiyada dolların məzənnəsi 57 rubldan aşağı düşüb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiyada ABŞ dollarının məzənnəsi 2017-ci ilin iyun ayının 14-dən bəri ilk dəfə 57 rubldan aşağı düşüb. 

"Report" xəbər verir ki, buna səbəb kimi Amerika valyutasının bütün dünyada ucuzlaşması və neftin bahalaşması göstərilir. 

Qeyd edək ki, qlobal maliyyə bazarında əsas valyuta cütlüyü sayılan USD/EUR nisbəti Avropa Mərkəzi Bankının (ECB) bugünki iclası ərəfəsində 1,2 səviyyəsinə yaxınlaşıb və bu da son 32 ayın maksimal həddidir. Neft qiymətləri isə son 3-4 ayın ən yüksək həddinə - 54,67 dolalr/barelə çatıb. Bu iki amil və Rusiya istiqrazlarına tələbatın artması dolların məzənnəsinin düşməsinə səbəb olub. "Report"un analitik qrupu RUB/USD məzənnəsinin yaxın 1 il ərzində 55-62 diapazonunda dəyişəcəyini proqnozlaşdırır. 

Son xəbərlər

Orphus sistemi