Rusiyada dollar son 9 ayda ilk dəfə 55 rubla qədər ucuzlaşıb

Rusiyada dollar son 9 ayda ilk dəfə 55 rubla qədər ucuzlaşıb Qonşu ölkədə Amerika valyutasının məzənnəsi bundan da aşağı düşə bilər
Maliyyə
25 Yanvar , 2018 13:14
Rusiyada dollar son 9 ayda ilk dəfə 55 rubla qədər ucuzlaşıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Moskva Banklararası Valyuta Birjasında ABŞ dollarının məzənnəsi ötən il aprelin 25-dən bəri ilk dəfə 56 rubldan aşağı düşüb. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Amerika valyutasının qlobal səviyyədə kəskin ucuzlaşması olub.

Qeyd edək ki, dollar ABŞ-ın maliyyə naziri Stiven Mnuçinin açıqlamalarından sonra son 3 il üzrə rekord həddə dəyər itirib. Xatırladaq ki, amerikalı nazir ucuz dolların ölkə iqtisadiyyatına faydasını vurğulayıb.

Bununla belə, Rusiyada dolların ucuzlaşması həm də dünya bazarlarında "Brent" markalı neftin qiymətinin 71 dollar/barel səviyyəsini ötməsi ilə izah olunur. Qeyd edək ki, qonşu ölkədə dolları ən aşağı qiymətə 2014-cü ilin iqtisadi böhranından sonra - 55,72 rubla alınıb-satılıb. Hazırda isə qiymət 55,82 rubl təşkil edir. 

"Report"u analitik qrupu Rusiyada dolların 54 rubla qədər ucuzlaşa biləcəyini istisna etmir.

Son xəbərlər

Orphus sistemi