Rusiyada dollar 60 rubldan aşağı düşüb

Rusiyada dollar 60 rubldan aşağı düşüb Rusiya Mərkəzi Bankı valyuta bazarına müdaxilə edə bilər
Maliyyə
148
5 Yanvar , 2017 15:38
Rusiyada dollar 60 rubldan aşağı düşüb

Bakı. 5 yanvar. REPORT.AZ/ Rusiyada ABŞ dollarının məzənnəsi bu dəqiqələrdə psixoloji hədd sayılan 60 RUB/USD-dən aşağı düşüb. 

"Report" xəbər verir ki, buna səbəb neftin qiymətinin 57 dollar/barelə yaxınlaşması və Rusiyaya investisiya həcminin artması amilləri olub. 

Qeyd edək ki, Rusiyada dollar ən son 2015-ci il iyulun 31-də 60 rubldan aşağı satılıb. Analitiklər dolların bir qədər də ucuzlaşması halında Rusiya Mərkəzi Bankının valyuta bazarına alıcı qismində müdaxilə edəcəyini istisna etmirlər. Belə ki, dolların ucuzlaşması ölkənin ixrac potensialına zərbə vura bilər. Hazırda isə dolların məzənnəsi 59,75 RUB/USD-yə bərabərdir. 

Son xəbərlər

Orphus sistemi