Rusiyada daha iki bankın lizensiyası geri çağırılıb

Rusiyada daha iki bankın lizensiyası geri çağırılıb Bakı. 25 oktyabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) “Uraltransbank” və “Soyuznıy” bankın lisenziyalarını geri çağırıb.
Maliyyə
25 Oktyabr , 2018 10:31
Rusiyada daha iki bankın lizensiyası geri çağırılıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) “Uraltransbank” və “Soyuznıy” bankın lisenziyalarını geri çağırıb.

“Report”un verdiyi xəbərə görə, bu barədə tənzimləyici qurumun yaydığı məlumatda bildirilir.

“Soyuznıy” bankda Rusiya Bankının normativlərinin, terrorizm və cinayət yolu ilə əldə olunmuş çirkli pullların yuyulması ilə bağlı qanunvericiliyin tələblərinin pozması faktları aşkar edilib. Bu il oktyabrın 1-nə bu bank aktivlərin həcminə görə sistemdə 239-cu yeri tutub. 

“Uraltransbank”ın da bağlanmasına səbəb Mərkəzi Bankın normativlərinə cavab verməməsi səbəb olub. Bu il oktyabrın 1-nə bu bank aktivlərin həcminə görə 196-cı yeri tutub. 

Qeyd edək ki, hər iki bank əmanətlərin sığortalanması sisteminin üzvüdür və lisenziyanın geri çağırılması sığorta hadisəsi sayılır. 

Son xəbərlər

Orphus sistemi