Rusiyada daha iki bankın lisenziyası geri çağırılıb

Rusiyada daha iki bankın lisenziyası geri çağırılıb Bakı. 14 noyabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) ölkədə fəaliyyət göstərən daha iki bankın - “UM-Bank” və regional kommersiya bankı “Moskva”nın lisenziyalarını geri çağırıb.
Maliyyə
14 noyabr 2018 07:15
Rusiyada daha iki bankın lisenziyası geri çağırılıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) ölkədə fəaliyyət göstərən daha iki bankın - “UM-Bank” və regional kommersiya bankı “Moskva”nın lisenziyalarını geri çağırıb.

“Report” bu barədə Rusiya mətbutına istinadən xəbər verir.

Nəzarət orqanının məlumatında bildirilir ki, “UM-Bank” kreditor və əmanətçilərin maraqlarına zərər vurub. Mərkəzi Bank onun cinayət xarakterli əməliyyatları haqqında məlumatları hüquq mühafizə orqanlarına göndərəcək. Rusiya Bankının məlumatına əsasən “UM-Bank” əhalidən cəlb etdiyi əmanətləri aşağı keyfiyyəli aktivlərə yönəldib.

Hesabata əsasən, noyabrın 1-nə “UM-Bank” aktivlərinin həcminə görə ölkənin bank sistemində 293-cü, regional “Moskva” bankı isə 431-ci yerdə olub. 

Son xəbərlər

Orphus sistemi