Rusiyada daha iki bankın lisenziyası geri çağırılıb

Rusiyada daha iki bankın lisenziyası geri çağırılıb Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) iki bankın- “Russobank” və “Donxlebbank”ın lisenziyalarını geri çağırıb.
Maliyyə
21 Dekabr , 2018 12:41
Rusiyada daha iki bankın lisenziyası geri çağırılıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) iki bankın- “Russobank” və “Donxlebbank”ın lisenziyalarını geri çağırıb.

“Report” bu barədə tənzimləyici orqanın yaydığı məlumata istinadən xəbər verir.

Bu il noyabrın 1-nə “Russobank” aktivlərin həcminə görə ölkənin bank sistemində 263-cü, “Donxlebbank” isə 294-cü yerdə olub.

“Donxlebbank”ın lisenziyasının geri çağırılması müflisləşmə xəbərdarlığı üçün əsas verən xüsusi kapitalın əhəmiyyətli dərəcədə azalması ilə bağlıdır. “Russobank” isə fəaliyyətində çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyi pozub, şübhəli tranzaksiyalar həyata keçirib. 

Son xəbərlər

Orphus sistemi