Rusiyada daha 4 bank fəaliyyətini dayandırıb - YENİLƏNİB

Rusiyada daha 4 bank fəaliyyətini dayandırıb - YENİLƏNİB Bu banklar əmanətlərin sığortalanması sisteminin iştirakçısıdır
Maliyyə
9 Dekabr , 2016 10:58
Rusiyada daha 4 bank fəaliyyətini dayandırıb - YENİLƏNİB

İlk xəbər saat 10:14-də verilib

Bakı. 9 dekabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) daha üç kommersiya bankı - "M2M Private Bank", "Vega-Bank" və "Beynəlxalq İnkişaf Bankı"nın lisenziyasını geri çağırıb.

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Cari il noyabrın 1-nə "M2M Private Bank" aktivlərin həcminə görə, Rusiyadakı bankların siyahısında 164-cü yeri tutub. Mərkəzi Bankın açıqlamasında bildirib ki, kredit təşkilatı keyfiyyətsiz aktivlərə vəsait yatırıb və risklər üzrə ehtiyat yaratmayıb. Aktivlərin keyfiyyətinin qeyri-kafi olması ilə bağlı Bank kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilməyib.

Lisenziyası geri çağırılan digər bank - "Vega-Bank" isə hesabatlara əsasən, noyabrın 1-nə aktivlərin həcminə görə, ölkədəki banklar arasında 304-cü yerdə qərarlaşıb. Lisenziyanın geri çağırılmasına səbəb Bankın qanunvericiliyin tələblərinə riayət etməməsi olub.

"Beynəlxalq İnkişaf Bankı" isə noyabrın 1-i vəziyyətinə aktivlərin həcminə görə, banklar arasında 423-cü yeri tutub. Mərkəzi Bankın məlumatında bildirilir ki, Bank aşağı keyfiyyətli aktivlərə pul yatırmaqla yüksək riskli kredit siyasəti həyata keçirib. Nəticədə, Bankın kreditorlar qarşısında öhdəlikləri yerinə yetirilməz hala çatıb.

Qeyd edək ki, hər üç bank əmanətlərin sığortalanması sisteminin iştirakçısıdır.

***

"Rusiya Maliyyə Alyansı"nın da lisenziyası geri çağırılanlar siyahısına qoşulub. Cari il noyabrın 1-nə Bank aktivlərin həcmi üzrə ölkədəki banklar arasında 545-ci yerdə olub. Lisenziyanın geri çağırılmasına Bankın kreditorlar qarşısında öhdəliklərini yerinə yetirməməsi səbəb olub. Bununla yanaşı, Bank tənzimləyicinin maliyyə hesabatının təqdim olunması ilə bağlı tələbinə riayət etməyib.

Son xəbərlər

Orphus sistemi